Biz Kimik
Fərqli fikirləri birləşdirib, möcüzələr yaratmaq mümkündür.

Düzgünlük və yaradıcılıq – ikisini də birdən qazanmaq olar.

Bakıda yerləşən kreativ agentlik olaraq biz yerli və bir sıra xarici brendlərlə işləməyin qazandırdığı təcrübə ilə hər zaman yeni həllər tapmağa çalışırıq. İncəsənət və reklamın qarşılıqlı vəhdətindən yaranan kampaniyalarla gələcəyi dəyişməyin mümkün olduğuna inanırıq. Bizimlə işləməyin sizə verəcəyi üstünlüklər:

  • Fərqli düşüncə
  • İndividual yanaşma
  • Yaradıcılıq
  • Şəffaflıq
Yaradıcılıq 0
Dizayn 0
PR və Media 0
Production 0
Bacarıqlar

PR və Media

“Yaxşı məhsulun reklama ehtiyacı yoxdur” fikri müasir dövrün rəqabəti fonunda tamamilə gücünü itirir. Yaxşı məhsulun keyfiyyətini çatdırmaq üçün mütləq PR və Media kanallarından düzgün istifadə etmək lazımdır. Biz bu yolda bələdçiniz olmağa hazırıq.

Daha çox

Rəqəmsal dünya

Müasir dövrlə ayaqlaşmaq üçün rəqəmsal trendlərə uyğun davranmaq çox vacibdir. Biz sizin üçün ən son trendləri araşdırır və uyğun olanları tətbiq edirik.

Daha çox

Production

Məhsulun təmiz, aydın və cazibəli fotolarını, xidmətin bütün detallarını özündə əks etdirən videoçarxı heç nə əvəz edə bilməz. Reklama məhz düzgün vizuallarla başlamaq lazımdır.

Daha çox

Yaradıcılıq

Ən gözəl ideyalar sadə fikirlərin birləşməsindən yaranır. Bunu bilənlər də yaradıcılıqda məhz sadəliyin gözəlliyini kəşf edirlər. Biz sizin üçün yaradıcılığımızı işə salmağa hazırıq.

Daha çox