Artmood Agency

Artmood Agency / Maraqlı  / Reklamçı olmaq istəyirsən?
s

Reklamçı olmaq istəyirsən?

Reklam insanların hisslərinə toxunmalıdır. Buna görə də reklam sahəsində işləyən insanların təkcə peşəkar deyil, həm də insan hisslərinə həssas olmaları vacibdir. Müşahidəçi, digərlərinin hiss və düşüncələrinə fikir verən və bunları nəzərə alan xarakterdə insanlar daima reklam sahəsində böyük uğurlar qazanmağa nail olublar. Axı insanların nə istədiyini bilmədən və ya nə istəyə biləcəklərini proqnoz etməyi bacarmadan necə addım atmaq olar? Odur ki, əgər siz də reklam agentliklərində işləməyi hədəf olaraq seçmisinizsə, təkcə bu sahədə akademik biliklər almaqla kifayətlənməyin, həm də insanların psixologiyasını, onların davranışlarını yaxından müşahidə etməyi də öyrənin. Bu sizin yaxşı reklamçı olmağınıza çox kömək edəcək.

İnsan psixologiyasına yaxşı bələd olan reklamçının qarşısında bütün sərhədlər dağılır. İndi sərhədləri o özü müəyyən edir.

reklam dünyasında məşhur adların bioqrafiyası da sizə bu mövzuda kömək edəcək. Özünüz də birbaşa şahidi olacaqsınız ki, yaxşı reklamçılar daima araşdıran, yeni mövzularda biliklər əldə edən, trendlər yaradan insanlar olublar. Elə onları ən yaxşı edən də məhz bu xüsusiyyətləri olub. Təkcə öz sahəsinə dair yox, reklamını edəcəkləri və edə biləcəkləri hər sahədə kitablar oxuyan, müxtəlif araşdırmalar aparan bu insanların əsas məqsədi yaxşı reklam yaratmaqla yanaşı, həm də daima hərəkətdə olmaqdır.

No Comments
Post a Comment